"Barselona"nın baş məşqçisi Xavi Hernandes klubdakı gələcəyi ilə bağlı qərar verib.
Sportal.az xəbər verir ki, ispan mütəxəssis mövsümün sonunda postunu tərk edəcək. Xavi bu barədə La Liqanın 22-ci turunun "Vilyarreal"lə matçından (3:5) sonra keçirilən mətbuat konfransında məlumat verib.
44 yaşlı məşqçi 30 iyun tarixindən sonra Kataloniya təmsilçisindən ayrılacağını bildirib.
Qeyd edək ki, Xavi 2021-ci ilin noyabr ayından "Barselona"nı çalışdırır. Komanda onun rəhbərliyi altında ötən mövsüm La Liqanın qalibi olub.
saytlarin hazirlanmasi