Xavini italiyalı məşqçi əvəz edə bilər

15:23 - 28 Yanvar 2024

Xavi Hernandes mövsümün sonunda "Barselona"nın baş məşqçisi postunu tərk edəcək.

Sportal.az xəbər verir ki, onu əvəzləməyə ən real namizdən "Brayton"u çalışdıran Roberto De Zerbidir. Bu barədə "Mail on Sunday" məlumat yayıb.

Kataloniya təmsilçisinin rəhbərliyi italiyalı məşqçi ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, Xavi dünən mövsümün sonunda "Barselona"dan ayrılacağını açıqlayıb.

Xəbər xətti