"Barselona"nın prezidenti Xoan Laporta mövsümün sonunda komandadan ayrılacağını açıqlayan Xavi Hernandes haqda danışıb.
Sportal.az xəbər verir ki, klub rəhbəri baş məşqçinin fikrinə hörmətlə yanaşdığını bildirib:
"Xavi mövsümü burada bitirmək istədiyini və yayda ayrılmaq istədiyini dedi. Mən də onun istəyini qəbul edirəm. Bu, onun seçimi idi. Xavi "Barselona"nın əfsanəsidir. Dürsüst insandır, qürurlu davranışları var. Hazırda birlikdə olmalıyıq".
Qeyd edək ki, Xavi 2021-ci ilin noyabr ayından "Barselona"nın baş məşqçisidir. Komanda ispan mütəxəssisin rəhbərliyi altında bir dəfə La Liqanı, bir dəfə isə İspaniya Superkubokunu qazanıb.
saytlarin hazirlanmasi