"Barselona"da Joao Feliks şoku

18:40 - 30 Yanvar 2024

"Barselona"nın heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisinin futbolçusu Joao Feliks sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Portuqaliyalı vinger komandanın hu gün baş tutan məşqində sağ ayağının topuğundan zədələnib. Onun yaşıl meydanlara nə vaxt qayıdacağı müalicə prosesindən asılı olacaq.

Qeyd edək ki, "Barselona" Joao Feliksi mövsümün əvvəlində "Atletiko"dan icarəyə götürüb. 24 yaşlı futbolçu komandanın heyətində meydana çıxdığı 28 rəsmi matçda 7 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti