"Real" müqaviləsi mövsümün sonunda başa çatan toni Kroosla bağlı qərar verib.
Sportal.az xəbər verir ki, "kral klubu"nun rəhbərliyi alman yarımmüdafiəçinin komandada qalmasını istəyir. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Madrid təmsilçisi 34 yaşlı yarımmüdafiəçiyə 1 illik yeni müqavilə təklif edəcək.
Qeyd edək ki, "Real" Toni Kroosu 2014-cü ilin yayında "Bavariya"dan transfer edib. Təcrübəli orta xətt oyunçusu bu mövsüm komandanın heyətində meydana çıxdığı 29 rəsmi matçda 1 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi