"Barselona" rəhbərliyi Xavi Herdandesdən sonrakı dönəm üçün baş məşqçi axtarışlarını davam etdirir.
Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisinin prezidenti Xoan Laporta Frank Raykardı yenidən komandaya qaytarmaq istəyir. Bu barədə "Radio Marca" məlumat yayıb.
Klub rəhbəri niderlandlı mütəxəssislə ilkin danışıqlara start verib.
Qeyd edək ki, Frank Raykard 2003-2008-ci illərdə "Barselona"nın baş məşqçisi olub. 61 yaşlı mütəxəssis son olaraq Səudiyyə Ərəbistanı milli komandasına rəhbərlik edib. O, 2013-cü ilin yanvar ayından işsizdir.
saytlarin hazirlanmasi