"Real"da yeni sponsor - 70 milyon avroluq müqavilə

18:33 - 2 Fevral 2024

İspaniyanın "Real" klubu yeni sponsporluq müqaviləsinə imza atıb.

Sportal.az xəbər verir ki, Madrid təmsilçisi məşhur HP şirkəti ilə anlaşıb.

"Real" bu anlaşmadan illik 70 milyon avro gəlir edəcək. HP şirkətinin adı komandanın formasının qol hissəsində yer alacaq. Sözləşmənin müddəti 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

"Real" forma sponsorluqlarından illik ümumi 200 milyon avrodan çox gəlir əldə edir.

Xəbər xətti