“Real”ın sabiq qapıçısı Migel Anxel Qonsales Suares dünyasını dəyişib.
Sportal.az xəbər verir ki, Madrid təmsilçisinin keçmiş qolkiperi 76 yaşında vəfat edib.
Qeyd edək ki, Migel Anxel 18 il (1968-1986) "Real"ın formasını geyinib. Qapıçı "kral klubu" ilə 8 dəfə ölkə çempionu olub. O, 18 matçda İspaniya millisinin şərəfini qoruyub.
saytlarin hazirlanmasi