İspaniyanın "Betis" klubunun heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, La Liqa təmsilçisinin futbolçusu İsko sıradan çıxıb. 31 yaşlı vinger La Liqanın 23-cü turunun "Xetafe" ilə matçında (1:1) zədələnib.
Dizindən zədə alan ispan futbolçu 2 ay yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, İsko 2023-cü ilin yayından "Betis"də çıxış edir. O, komandanın heyətində meydana çıxdığı 29 rəsmi matçda 7 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi