"Valensiya"nın futbolçusu Muktar Diakabi La Liqanın 27-ci turunun "Real"la matçında (2:2) ağır zədə alıb.
Sportal.az xəbər verir ki, 27 yaşlı mərkəz müdafiəçisi Orelyen Çuameni ilə mübarizə zamanı dizindən xəsarət alıb.
İspaniya mətbuatının yazdığına görə, qvineyalı futbolçu zədə səbəbindən karyerasını bitirə bilər. Onun ən azı 1 il normal gəzə bilməyəcəyi bildirilir. Arxa xətt oyunçusunun karyerasını davam etdirib-etdirməyəcəyi müalicədən sonra məlum olacaq.
Qeyd edək ki, "Valensiya" Muktar Diakabini 2018-ci ilin yayında "Lion"dan transfer edib. Qvineya millisinin üzvü bu mövsüm "yarasalar"ın heyətində meydana çıxdığı 15 rəsmi matçda 1 qol vurub.
saytlarin hazirlanmasi