"Barselona"nın baş məşqçisi Xavi mövsümün sonunda komandadan ayrılacağını bildirib.
Sportal.az xəbər verir ki, ispan mütəxəssisin Kataloniya təmsilçisindən gedişi daha tez baş tuta bilər. Bu barədə "Diario Sport" məlumat yayıb.
Xavinin gələcəyi Çempionlar Liqası 1/8 final mərhələsinin "Napoli" ilə cavab matçından asılıdır. Komanda turnirdə mübarizəni dayandırsa, 43 yaşlı mütəxəssis istefaya göndəriləcək.
Qeyd edək ki, Xavi 2021-ci ilin noyabr ayından "Barselona"nı çalışdırır. Komanda onun rəhbərliyi altında ötən mövsüm ispaniya La Liqasının qalibi olub.
saytlarin hazirlanmasi