İspaniya La Liqasında 28-ci tura start verilib.
Sportal.az xəbər verir ki, ilk oyun günündə "Barselona" öz meydanında "Malyorka"nı qəbul edib. Qarşılaşma Kataloniya təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 61-ə yüksəldən "Barselona" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. 27 xalı olan "Malyorka" isə 15-ci yerdədir.
"Barselona" - "Malyorka" 1:0
Qol: Lamine Yamal, 73