La Liqa klubunda yeni baş məşqçi

16:26 - 19 Mart 2024

İspaniya La Liqasında növbəti baş məşqçi istefası gerçəkləşib.

Sportal.az xəbər verir ki, "Qranada" Aleksandr Medina ilə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

45 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Artıq "Qranada"nın yeni baş məşqçisi də məlumdur. Komandanı Xose Ramon Sandoval çalışdıracaq.

Qeyd edək ki, "Qranada" La Liqada 28 turdan sonra 14 xal toplayıb və 20 komanda arasında turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb.

Xəbər xətti