"Barselona"nın baş məşqçisi Xavi Hernandes mövsümün sonunda komandadan ayrılacağını açıqlayıb.
Sportal.az xəbər verir ki, 44 yaşlı mütəxəssisin Kataloniya təmsilçisində qalmaq ehtimalı yaranıb. Bu barədə "Diario Sport" nəşri məlumat yayıb.
"Barselona" Çempionlar Liqasında PSJ səddini aşıb yarımfinala vəsiqə qazansa, klub prezidenti Xoan Laporta ispan məşqçini qalmaq üçün razı salmağa çalışacaq.
Qeyd edək ki, Xavi 2021-ci ilin noyabr ayından ispaniya təmsilçisini çalışdırır.
saytlarin hazirlanmasi