Dizindəki bağlarından aldığı zədə səbəbindən bu mövsüm meydana çıxmayan Tibo Kurtua yenidən sıradan çıxıb.
Sportal.az xəbər verir ki, yaşıl meydanlara qayıtmağa hazırlaşan "Real"ın qapıçısı sağ ayağının dizindən zədə alıb. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
31 yaşlı belçikalı qolkiper ən azı 2 ay məşqlərdən uzaq qalacaq.
saytlarin hazirlanmasi