İspaniya La Liqasında mart ayının ən yaxşı oyunçusu müəyyənləşib.
Sportal.az xəbər verir ki, "Real"ın hücumçusu Vinisius Junior ayın ən yaxşısı seçilib. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
Braziliyalı futbolçu bu mövsüm ilk dəfə mükafatı qazanır. Vinisius səsvermədə "Atletik"dən Qorka Quruzeta, "Real Sosyedad"dan Brais Mendes, "Vilyarreal"dan Aleksander Şörlot və "Barselona"dan Robert Levandovskini qabaqlayıb.
Qeyd edək ki, Vinisius Junior mart ayında la liqada meydana çıxdığı 3 matçda 5 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi