İspan futbolçu "Barselona"dan ayrılacaq

21:59 - 1 Aprel 2024

"Barselona"nın müdafiəçisi Markos Alonso gələcəyi ilə bağlı qərar verib.

Sportal.az xəbər verir ki, 33 yaşlı futbolçu mövsümün sonunda Kataloniya təmsilçisini tərk edəcək. Bu barədə Fabritsio Romano məlumat yayıb.

İspan sol cinah müdafiəçisi iyun ayında başa çatan müqaviləsinin müddətini uzatmayacaq.

Qeyd edək ki, Markos Alonso 2022-ci ilin yayından "Barselona"da çıxış edir. Təcrübəli oyunçu bu mövsüm komandanın heyətində 7 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti