"Real" "Çelsi"dən icarəyə götürdüyü Kepa Arrizabalaqa ilə bağlı qərar verib.
Sportal.az xəbər verir ki, Madrid təmsilçisi ispan qapıçının transfer hüquqlarına yiələnməyəcək. Bu barədə Fabritsio Romano məlumat yayıb.
La Liqanın lideri Kepanın performansından razı deyil. 29 yaşlı qoliper müqavilə ilə məxsus olduğu "Çelsi"yə qayıdacaq.
Qeyd edək ki, "Real" Kepa Arrizabalaqanı mövsümün əvvəlində icarəyə götürmüşdü. Təcrübəli qapıçı "kral klubu"nun heyətində 18 rəsmi matçda meydana çıxıb və qapısında 18 qol görüb.
saytlarin hazirlanmasi