"Barselona"nın baş məşqçisi Xavi Ernandes bir müddət əvvəl mövsümün sonunda komandadan ayrılacağını açıqlamışdı.
Sportal.az xəbər verir ki, son günlərdə ispan mütəxəssisin qərarını dəyişə biləcəyi ilə bağlı iddialar var idi. Xavi açıqlama verərək məsələyə nöqtə qoyub:
"Mövsümün sonunda komandadan ayrılacağam. Heç bir şey qərarımı dəyişdirə bilməz. Ayrılıq doğru qərardır. Fikrimi dəyişdirməyəcəyəm".
saytlarin hazirlanmasi