"Ateltik"in futbolçusu Raul Qarsiya karyerasını başa vurur.
Sportal.az xəbər verir ki, 37 yaşlı hücumçu mövsümün sonunda peşəkar futboldan gedəcək. Bu barədə təcrübəli forvard özü məlumat yayıb.
Qeyd edək ki, "Atletik" Raul Qarsiyanı 2015-ci ilin yayında "Atletiko"dan transfer etmişdi. İspaniya millisinin sabiq üzvü Bilbao təmsilçisinin heyətində meydana çıxdığı 356 rəsmi matçda 83 qol və 40 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi