"Real"ın kapitanı Naço Fernandes gələcəyi ilə bağlı qərar verib.
Sportal.az xəbər verir ki, ispan müdafiəçi yayda "kral klubu"nu tərk edəcək. Bu barədə "Marca" nəşri məlumat yayıb.
34 yaşlı mərkəz müdafiəçisi mövsümün sonunda başa çatan müqaviləsinin müddətini artırmayacaq. Təcrübəli futbolçu qərarını klub rəhbərliyinə bildirib.
Qeyd edək ki, Naço "Real"ın yetirməsidir. İspaniya millilərinin sabiq üzvü Madrid təmsilçisinin heyətində meydana çıxdığı 355 rəsmi matçda 16 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi