"Barselona"da mövsümün sonunda gözlənilməz ayrılıq gerçəkləşə bilər.
Sportal.az xəbər verir ki, İlkay Gündoğan komandadan ayrılmaq istəyir. Bu barədə "Todofichajes" nəşri məlumat yayıb.
Türk yarımmüdafiəçi Çempionlar Liqası 1/4 final mərhələsinin PSJ ilə cavab matçından (1:4) sonra komandanı sərt şəkildə tənqidd etmişdi.
Almaniya millisinin üzvü ilə Səudiyyə ərəbistanı klubları və "Atletiko" yaxından maraqlanır. Madrid təmsilçisinin baş məşqçisi Dieqo Simeone futbolçunu komandasında görmək istəyir.
Qeyd edək ki, İlkay Gündoğan 2023-cü ilin yayında "Mançester Siti" ilə müqaviləsi başa çatdıqdan sonra azad agent statusu ilə "Barselona"ya keçib. 33 yaşlı yarımmüdafiəçi Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 45 rəsmi matçda 5 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2025-ci ilin yayına kimidir.
saytlarin hazirlanmasi