"Barselona" İspaniya La Liqasının 32-ci turunda səfərdə "Real"ın qonağı olacaq.
Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisinin baş məşqçisi Xavi Ernandes "El Klasiko" öncəsi açıqlama verib. ispan mütəxəssis oyuna yaxşı hazırlaşdıqlarını bildirib:
"El Klasiko" çempionluq üçün vacib fürsətdir. Dünyanın ən yaxşı komandası olan "Mançester Siti"ni məğlub etdiyi üçün qarşımızda güclü bir "Real" olacaq. Rəqib çox güclüdür, evində yaxşı oynayır. Yaxşı hazırlaşmışıq. Komanda çempionluq yarışında qalmaq üçün həvəslə çalışır.
Qeyd edək ki, "Real" - "Barselona" qarşılaşması sabah Bakı vaxtilə saat 23:00-da start götürəcək.
saytlarin hazirlanmasi