Modriçdən gələcəyi ilə bağlı vacib qərar

17:07 - 22 Aprel 2024

"Real"ın futbolçusu Luka Modriç gələcəyi ilə bağlı qərarını verib.

Sportal.az xəbər verir ki, Madrid təmsilçisi ilə müqaviləsi mövsümün sonunda başa çatan xorvatiyalı yarımmüdafiəçi komandanı tərk etməyəcək. Bu barədə AS nəşri məlumat yayıb.

38 yaşlı orta xətt oyunçusu sözləşməsinin müddətini daha 1 il uzadacaq.

Qeyd edək ki, "Real" Luka Modriçi 2012-ci ilin yayında "Tottenhem"dən transfer edib. Xorvatiya millisinin üzvü bu mövsüm "kral klubu"nun heyətində meydana çıxdığı 38 rəsmi matçda 2 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti