Mövsümün sonunda "Barselona"nın baş məşqçisi postunu tərk edəcəyini açıqlayan Xavi Ernandes qərarını dəyişə bilər.
Sportal.az xəbər verir ki, 44 yaşlı mütəxəssis Kataloniya təmsilçisində qalmağa hazırdır. Bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.
İspan məşqçi vəziyyəti təhlil etmək üçün klub prezidenti Xoan Laporta və idman direktoru Deku ilə görüş keçirəcək.
Qeyd edək ki, Xavi 2021-ci ilin noyabr ayından "Barselona"nın baş məşqçisi postunu icra edir.
saytlarin hazirlanmasi