Mövsümün sonunda "Barselona"dan ayrılacağını açıqlayan Xavi Ernandes qərarını dəyişib.
Sportal.az xəbər verir ki, 44 yaşlı mütəxəssis komandada qalacaq. Bu barədə Xavi özü açıqlama verib:
"Fikrimi dəyişdim. Çünki həqiqətən prezidentdən, idarə heyətindən və oyunçulardan tam etimad hiss etdim. Bu layihə hələ tamamlanmayıb. Mən və köməkçilərim hiss edirik ki, birlikdə vacib işlər görmək və bu layihəni davam etdirmək üçün gücümüz var".
Qeyd edək ki, Xavinin "Barselona" ilə müqaviləsinin müddəti 2025-ci ilin iyun ayının sonuna kimidir.
saytlarin hazirlanmasi