"Barselona" rəhbərliyi mövsümün sonunda müqaviləsi başa çatan Serji Roberto ilə bağlı qərar verib.
Sportal.az xəbər verir ki, kapitan komandada qalacaq. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Baş məşqçi Xavi 32 yaşlı yarımmüdafiəçinin qalmasını istəyir. Kataloniya təmsilçisi təcrəbəli futbolçunun sözləşməsinini müddətini uzadacaq.
Qeyd edək ki, Serji Roberto "Barselona"nın yetirməsidir. İspan yarımmüdafiəçinin karyerası yalnız bu klubla bağlıdır. O, cari mövsümdə komandanın heyətində meydana çıxdığı 19 rəsmi matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi