"Real"ın qapıçısı Andrey Lunin gələcəyi ilə bağlı qərar verib.
Sportal.az xəbər verir ki, ukraynalı qolkiper Madrid təmsilçisində qalacaq. Bu barədə "Relevo" nəşri məlumat yayıb.
Lunin klubun 2025-ci ilin yayında başa çatan müqaviləni uzatmaq təklifini qəbul edib. 25 yaşlı "əlcək sahibi" La Liqa nəhəngi ilə 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayacaq.
Qeyd edək ki, "Real" Andrey Lunini 2018-ci ilin yayında "Zarya"dan transfer edib. Ukrayna millisinin üzvü bu mövsüm "kral klubu"nun heyətində meydana çıxdığı 30 rəsmi matçda qapısında 28 qol görüb. O, 12 görüşdə "çərçivə"ni toxunulmaz saxlamağaı bacarıb.
saytlarin hazirlanmasi