İspaniyanın "Jirona" klubunda yeni müqavilə qeydə alınıb.
Sportal.az xəbər verir ki, La Liqa təmsilçisi Deyli Blindin sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
34 yaşlı müdafiəçi 2026-cı ilin yayına kimi klubunda qalacaq.
Qeyd edək ki, Deyli Blind 2023-cü ilin yayından "Jirona"da çıxış edir. Niderland millisinin üzvü İspaniya klubunun heyətində meydana çıxdığı 35 rəsmi matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi