"Real"ın futbolçusu Toni Kroos gələcəyi ilə bağlı gözlənilməz qərar verib.
Sportal.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi yayda karyerasını başa vuracaq. Bu barədə Madrid təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Almaniya millisinin üzvü Avro-2024-dən sonra peşəkar futbolla vidalaşacaq.
Qeyd edək ki, "Real" Toni Kroosu 2014-cü ilin yayında "Bavariya"dan transfer edib. Təcrübəli orta xətt oyunçusu "kral klubu"nun heyətində meydana çıxdığı 463 rəsmi matçda 28 qol və 98 məhsuldar ötürmə ilə yadda qalıb. O, həmçinin, bir mövsüm icarə əsasında Leverkusen "Bayer"ində çıxış edib. Kroos Almaniya yığmasının heyətində keçirdiyi 108 görüşdə 17 qol vurub, 21 assist edib.
saytlarin hazirlanmasi