"Barselona" rəhbərliyi baş məşqçi Xavi Ernandeslə bağlı qərar verib.
Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisi ispan mütəxəssislə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
44 yaşlı məşqçi ilə gələn ilin yayında başa çatmalı olan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Xavi 2021-ci ilin noyabr ayından "Barselona"nı çalışdırırdı. Komanda onun rəhbərliyi altında bir dəfə İspaniya çempionu olub.
saytlarin hazirlanmasi