"Real"ın baş məşqçisi karlo Ançelotti gələcəyi ilə bağlı danışıb.
Sportal.az xəbər verir ki, İspaniya mətbuatına danışan 68 yaşlı mütəxəssis məşqçilik karyerasını Madrid təmsilçisində yekunlaşdıracağını bildirib:
"Real"dan başqa komandanı çalışdırmayacağam. Karyeram burada bitirəcəyəm. Amma öncə daha bir Çempionlar Liqası kubokunu qazanmaq istəyirəm".
Qeyd edək ki, Karlo Ançelotti ikisi "Real"da olmaqla 4 dəfə Çempionlar Liqasının qalibi olub. İtalyan məşqçi müxtəlif klublarda 9 dəfə ölkə çempkionluğu qazanıb. O, həmçinin, 2 dəfə ilin məşqçisi seçilib.
saytlarin hazirlanmasi