"Barselona" Pedri üçün "Las Palmas"a 18 milyon avro ödəyib.
Sportal.az "Marca"ya istinadən xəbər verir ki, bu pul bonus ödənişidir. Kataloniyalılar futbolçunu 2019-cu ildə 5 milyona alıblar. Lakin onun uğurlu performansı oyunçunun keçmiş komandasına yuxarıda qeyd olunan məbləği qazandırmasına imkan verib.
Ümumi transfer məbləği 23 milyon avro təşkil etsə də, müqavilədə belə bənd olub: Pedri transfer olunarsa, “Las Palmas” transfer haqqının 15 faizini alacaq. Lakin sonrakı illərdə şəxsi uğurlarına görə qarşı tərəfə bonuslar ödəniləcək. “Barselona” da məhz həmin pulları “Las Palmas”ın balansına köçürüb.
Əlavə edək ki, 21 yaşlı futbolçu 2020-ci ildə “Las Palmas”dan “Barselona”ya keçib. Onun müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.