Hansi Flikin "Barselona"dakı maaşı bəlli oldu

18:51 - 1 İyun 2024

"Barselona"nın yeni baş məşqçisi Hansi Flikin maaşı məlum olub.

Sportal.az xəbər verir ki, alman mütəxəssis Kataloniya təmsilçisinin illik 9-11 milyon arası əməkhaqqı alacaq. Bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.

Qeyd edək ki, Hansi Flik "Barselona"nın baş məşqçisi postunda Xavi Ernandesi əvəz edib. O, İspaniya klubu ilə 2 illik müqavilə imzalayıb.

Xəbər xətti