"Rea" rəhbərliyi mövsümün sonunda klubla müqaviləsi başa çatan Luka Modriçlə bağlı qərar verib.
Sportal.az xəbər verir ki, Madrid təmsilçisi xorvatiyalı yarımmüdafiəçini komandada saxlayacaq. Bu barədə "Sky Sports" nəşri məlumat yayıb.
38 yaşlı orta xətt oyunçusu ilə 2024/2025 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb. "Borussiya" ilə bu gecə keçiriləcək Çempionlar Liqası final matçından sonra rəsmi açıqlama ediləcəyi bildirilir.
Qeyd edək ki, "Real" Luka Modriçi 2012-ci ilin yayında "Tottenhem"dən transfer edib. Təcrübəli futbolçu bu müddət ərzində La Liqa nəhənginin heyətində meydana çıxdığı 533 rəsmi matçda 39 qol və 86 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi