"Barselona" və "Atletiko" argentinalını transfer etmək üçün pul tapa bilmir

10:34 - 7 İyun 2024

“Mançester Siti”nin hücumçusu Xulian Alvares üçün daha iki klub hərəkətə keçib.

Sportal.az “El Chiringuito” nəşrinə istinadən xəbər verir ki, “Barselona” və “Atletiko”(Madrid) argentinalı hücumçunu öz sıralarına qatmaqda maraqlıdır. 

Lakin bu ispan nəhənglərinin maddi vəziyyəti ağır olduğundan argentinalı futbolçunu transfer etmək üçün pul tapa bilmirlər. Hər iki klub ən yaxşı halda, onu icarəyə götürmək üçün mübarizə aparacaq.

Xatırladaq ki, ötən mövsüm Alvares bütün turnirlərdə 54 matçda iştirak edib, 19 qol vurub, 13 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 90 milyon avrodur.
 

Xəbər xətti