"Nyukasl"dan "Barselona"ya

11:18 - 7 İyun 2024

"Nyukasl"ın 26 yaşlı yarımmüdafiəçisi Bruno Gimarayeş "Barselona"ya keçə bilər.

Sportal.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, Kataloniya klubu braziliyalı üçün İngiltərə klubu ilə danışıqlara başlayıb.

"Nyukasl" maliyyə fayr-pley problemləri yaşadığı üçün futbolçusunu satmağa müsbət yanaşır. Futbolçu top-klublardan birinə keçməyin əleyhinə deyil. 

Bu mövsüm braziliyalı bütün turnirlərdə 50 matçda iştirak edib və 7 qol vurub, 10 məhsuldar ötürmə edib. Onun “Nyukasl”la hazırkı müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub. 
 

Xəbər xətti