"Valensiya"nın üç azarkeşi həbs olunub.
Sportal.az xəbər verir ki, buna səbəb fanatların "Real'la matçda rəqib futbolçu Vinisius Juniora qarşı etdikləri irqçi davranışdır.
Onların hər birinə 8 ay həbs cəzası verilib. Bundan başqa, həmin azarkeşlərin 2 il müddətinə stadionda futbol matçlarını izləməsi qadağan olunub.
İspaniya futbolu tarixində ilk dəfə irqçiliyə görə həbs cəzası verilir.
saytlarin hazirlanmasi