"Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiolanın “Barselona”ya qayıdacağı iddia edilir.
Sportal.az xəbər verir ki, “Mundo Deportivo”ya açıqlama verən ispaniyalı mütəxəssis bu fikirdə olmadığını deyib:
“Mənimlə müqayisə olunduğu üçün Xavi zərər görüb? Bu mənim günahım deyil. Artıq 10 ildir ki, “Barselona”da işləmirəm. Burada məni nəyəsə görə günahlandırmaq çətindir. "Barselona"ya qayıtmağıma gəlincə, həmin qapı artıq bağlıdır".
53 yaşlı mütəxəssisin “Mançester Siti” ilə müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir. O, buna qədər “Barselona”(2008-2012) və “Bavariya”(2013-2016) klublarında işləyib.
saytlarin hazirlanmasi