"Valensiya" Giorgi Mamardaşvilinin gedişindən sonra onu əvəzləmək üçün qapıçı tapıb.
Sportal.az "AS" nəşrinə istinadən xəbər verir ki, "yarasalar" "Rayo Valyekano"nun qapıçısı Stole Dimitrievski ilə danışıqlara başlayıb.
"Valensiya" artıq 30 yaşlı qolkiperi razı salıb. Şimali Makedoniya millisinin qapıçısı ilə iki 2 illik müqavilə imzalanacaq.
Dimitrovski karyerası ərzində "Rabotniçki", "Qranada", "Ximnatsik" klublarında oynadıqdan sonra 2019-cu ildə "Rayo Valyekano"ya keçmişdi.
saytlarin hazirlanmasi