"Sevilya"nın futbolçusu Serxio Ramos gələcəyi ilə bağlı qərar verib.
Sportal.az xəbər verir ki, ispan müdafiəçi Əndəlus təmsilçisindən ayrılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
38 yaşlı mərkəz müdafiəçisinin başa çatan müqaviləsinin müddəti uzadılmayıb.
Qeyd edək ki, Serxio Ramos 2023-cü ilin yayından "Sevilya"dan çıxış edirdi. İspaniya millisinin sabiq üzvü La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 37 rəsmi matçda 7 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi