"Valensiya"nın baş məşqçisinin adına aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, İspaniya La Liqasının təmsilçisi Ruben Baraxa ilə müqavilə müddətini artırıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Yeni müqaviləyə əsasən Baraxa 2026-cı il dekabrın sonuna qədər "Valensiya"nı çalışdıracaq.
Qeyd edək ki, 48 yaşlı mütəxəssis 2023-cü ilin fevralından "Valensiya"da baş məşqçidir.
"Yarasalar" Baraxanın rəhbərliyi altında 2023/2024 mövsümününü La Liqada 9-cu pillədə başa vurub.
saytlarin hazirlanmasi