“Barselona”nın keçmiş qapıçısı Sillessen özünə yeni komanda tapıb.
Sportal.az xəbər verir ki, niderlandlı qolkiper “Las Palmas”la anlaşıb.
Bu barədə klubun rəsmi saytı məlumat verib. Son olaraq Niderlandın “NEK Neymegen” klubunun qapısını qorumuş Sillessen artıq İspaniya təmsilçisi ilə rəsmi müqaviləyə qol çəkib.
Qapıçının müqaviləsi iki illikdir. 35 yaşlı qolkiper başa çatan mövsümdə Erediviziyada 33 matçda 46 qol buraxıb və altı dəfə qapısının toxunulmazlığını saxlaya bilib.
O, 2016-2019-cu illərdə "Barselona"da çıxış edib. Xatırladaq ki, “Las Palmas” İspaniya Primerasının son mövsümünü 16-cı pillədə başa vurub.
saytlarin hazirlanmasi