Luka Zidan karyerasını "Rayo Valyekano"da davam etdirməyə yaxındır.
Sportal.az "AS" nəşrinə istinadən xəbər verir ki, Zinəddin Zidanın oğlu "Eybar"ı tərk edib. Halbuki Lukanın bu klubla müqaviləsi 2026-cı il dekabrın 31-nə qədər idi.
O, artıq "Rayo Valyekano" ilə danışıqlara başlayıb və bu klub Luka üçün lazımı transfer məbləği ödəməyə hazırdır.
"Eybar" 26 yaşlı fransalı üçün 2 milyon avro tələb edir.
"Rayo Valyekano” başa çatan mövsümdə İspaniya La Liqasını 17-ci yerdə başa vuraraq, elitadakı yerini qoruyub.
saytlarin hazirlanmasi