İspaniyanın "Barselona" klubunda yeni müqavilə qeydə alınıb.
Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisi Mark Kasadonun sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
20 yaşlı dayaq yarımmüdafiəçisi 2028-ci ilin iyun ayının sonuna kimi İspaniya klubuna məxsus olacaq.
Qeyd edək ki, Mark Kasado "Barselona"nın yetirməsidir. İspan futbolçu ötən mövsüm əsas komandanın heyətində 4 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi