Niderland millisinin və "Bayer"in yarımmüdafiəçisi Ceremi Frimponq yeni sezona İspaniyada başlamağa yaxındır.
Sportal.az "Marca"ya istinadən xəbər verir ki, niderlandlı futbolçu "Barselona"ya keçməyə hazırlaşır.
Kataloniya klubunun yeni baş məşqçisi Hans-Diter Flik şəxsən Frimponqu sərəncamında görmək istəyir.
"Bayer" Frimponqun transferi üçün "Barsa"dan 40 milyon avro tələb edir.
23 yaşlı yarımmüdafiəçi 2023/2024 mövsümündə 49 matç keçirib, 14 qol vurub və 12 asist edib.
saytlarin hazirlanmasi