İspaniya millisinin və "Real"ın futbolçusu Xoselu karyerasını Qətərdə davam etdirməyə yaxındır.
Sportal.az "Marca"ya istinadən xəbər verir ki, ispan hücumçu "Əl-Qarafa"dan təklif alıb.
Müqavilə ilə "Espanyol"a məxsus olan hücumçu 2024-cü il iyunun 30-na qədər "Real"da icarə əsasında oynayır. Lakin İspaniya nəhəngi onu transfer etmək hüququna malikdir.
Belədə, Xoselu öncə transfer ediləcək, ardınca "Əl-Qarafa"ya keçəcək. Onun Qətərdə illik 8 milyon avro maaş alacağı gözlənilir.
Təcrübəli futbolçu 2023/2024 mövsümündə La Liqada 34 oyunda 10 qol vurub, 2 asist edib.
saytlarin hazirlanmasi