Kepa Arrizabalaqa İspaniyaya qayıda bilər.
Sportal.az "Marca"ya istinadən xəbər verir ki, "Çelsi"nin qolkiperi “Real”ın formasını geyinməyə yaxındır.
Ukraynalı Andrey Lunin komandada ikinci qapıçı statusunda olmaq istəmir və buna görə oranı tərk edəcək.
Kepanın isə onu əvəzləyəcəyi gözlənilir. 29 yaşlı qapıçı ötən mövsümü də “Real”da icarə əsasında oynayıb.
Onun “Çelsi” ilə müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir.
İspaniya millisinin qolkiperi “Baskoniya”, “Atletik”, “Ponferradina”, “Valyadolid”də oynadıqdan sonra 2018-ci ildə “Çelsi”yə keçib.
saytlarin hazirlanmasi