"Real" və Ukrayna millisinin qolkiperi Andrey Lunin karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Sportal.az "Marca"ya istinadən xəbər verir ki, ukraynalı qolkiperə bu ölkənin iki klubundan rəsmi təklif gəlib.
Həm “Əl-İttihad”, həm də “Əl-Nəsr” Lunin üçün mübarizə aparır.
25 yaşlı futbolçunun “Real”la müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir.