"Arsenal" ispan üçün təklif göndərdi

12:49 - 15 İyul 2024

"Real Sosyedad" və İspaniya millisinin yarımmüdafiəçisi Mikel Merino karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə yaxındır.

Sportal.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, ispaniyalı futbolçu "Arsenal"ın transfer siyahısında yer alıb.

"Topçular" Merinonun keçidini bu yay həll etmək niyyətindədir. Artıq onun üçün təklif də irəli sürüb.

Amma "Arsenal"la yanaşı "Aston Villa" da Merino üçün hərəkətə keçib. Birmingem təmsilçisi yaxın vaxtlarda "Real Sosyedad"a rəsmi təklif göndərəcək.

Mikel Merino 2018-ci ildən "Real Sosyedad"da çıxış edir. Bu müddət ərzində o, 158 oyun keçirib və 15 qol vurub.
 

Xəbər xətti